Region
Türkiyədə minlərlə hotel bağlana bilər: Son tarix yaxınlaşır
Türkiyədə minlərlə hotelin fəaliyyəti dayandırıla bilər. Buna səbəb isə yanğın təhlükəsizliyi ilə bağlı yeni qaydaların tətbiqidir.
Publika.az Türkiyənin "Ekonomim" nəşrinə istinadən xəbər verir ki, hotellər 31 may tarixinə qədər yeni yanğın təhlükəsizliyi standartlarına uyğunluğunu təsdiqləməlidir. Əks halda onların fəaliyyətinə icazə verilməyə bilər.
Məlumata görə, bu ilin yanvar ayında ölkədə hotellərin açılması və fəaliyyətinin uzadılması üçün lisenziyaların verilməsi qaydaları sərtləşdirilib. Qərar 2025-ci ilin yanvarında "Kartalkaya" xizək kurortunda baş verən və əksəriyyəti uşaqlar olmaqla 78 nəfərin həyatını itirdiyi faciədən sonra qəbul olunub.
Turizm sektoru nümayəndələri bildirirlər ki, yoxlama orqanlarının həddindən artıq yüklənməsi səbəbindən hotellər üçün yanğın təhlükəsizliyi yoxlamasına növbə bir il sonrasına verilir. Ən kritik vəziyyət isə İstanbul şəhərindədir. Burada 3 mindən çox yerləşdirmə obyekti fəaliyyət göstərir, ümumilikdə isə 135 min nömrə və 250 min yataq yeri mövcuddur. Üstəlik, ilin sonunadək şəhərdə daha 67 yeni hotelin açılması planlaşdırılır.
Bildirilir ki, sektor nümayəndələri kütləvi bağlanmaların qarşısını almaq üçün hökumətə çağırış ediblər. Onlar təklif edirlər ki, 31 maya qədər yoxlama üçün müraciət etmiş, lakin vaxtında yoxlamadan keçə bilməyən hotellərin lisenziyaları qüvvədə saxlanılsın.
Müəllif: Adəm
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR




















.jpg)

.jpg)













.jpg)