Dünya
Amerikalı alim təsdiqlədi: Nuhun gəmisi oradadır
Amerikalı tədqiqatçı Endryu Cons Türkiyənin Ağrı dağı ərazisindəki qaya formasiyası ilə bağlı yeni iddia irəli sürüb.
Publika.az xəbər verir ki, Cons “GB News”-a verdiyi müsahibədə əldə olunan son elmi nəticələr əsasında bu ərazinin Nuhun gəmisi ilə əlaqəli ola biləcəyini iddia edib.
Onun sözlərinə görə, hələ 1959-cu ildə aşkarlanan gəmi formalı qaya strukturu üzərində aparılan son tədqiqatlar diqqətçəkən nəticələr ortaya qoyub. Yeraltı radar araşdırmaları nəticəsində ərazidə tunellər və mərkəzi boşluqların aşkar edildiyi bildirilir. Tədqiqatçı bu strukturların təsadüfi olmadığını və müəyyən plan əsasında formalaşdığını iddia edir.
Alim əlavə edib ki, geofiziki üsullardan, xüsusilə yeraltı radar və infraqırmızı görüntüləmə texnologiyalarından istifadə nəticəsində dağın dərinliklərində gəmi formasına bənzər quruluş müşahidə olunub. Onun fikrincə, bu, təbii deyil və insan fəaliyyəti ilə əlaqəli ola bilər.
2024-cü ildə ərazidən götürülmüş 88 torpaq nümunəsinin analizi də diqqətçəkən fərqlər ortaya qoyub. Araşdırmaya əsasən, qaya formasiyasının daxilindəki torpaqda üzvi maddələrin miqdarı daha çox, kalium səviyyəsi isə təxminən 38 faiz yüksək olub. Bundan başqa, həmin ərazidə dəniz canlılarına aid fosil qalıqlarının tapılması bu yerin bir vaxtlar su altında qaldığını göstərir.
Cons bildirib ki, növbəti mərhələdə məqsəd xüsusi robot qurğular vasitəsilə yeraltı tunellərin daha detallı araşdırılmasıdır. O, tədqiqatların davamı üçün universitetlərdən dəstək istədiyini də vurğulayıb.
Qeyd edək ki, “Böyük tufan” hadisəsi həm dini mənbələrdə, həm də bəzi elmi nəzəriyyələrdə yer alır. İnanclara görə, bu hadisə zamanı Yer üzündə həyat böyük ölçüdə məhv olub və yalnız Nuh peyğəmbər və onun ailəsi gəmi vasitəsilə xilas olub.
Müəllif: Roza
-
İdman13 Noyabr 21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal13 Noyabr 19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
Elm və təhsil13 Noyabr 18:40Universitetlərə 5 illik xüsusi status veriləcək - Tələblər təsdiqləndi
-
ABŞ13 Noyabr 17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial13 Noyabr 15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB13 Noyabr 14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır
-
Sosial13 Noyabr 14:21Bakıda baş redaktor həbs edildi - FOTO
-
Region13 Noyabr 12:54İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi





































