Dünya
Con Kerri qar təmizləmədiyinə görə cərimə olundu
Yanvarın 29-da Boston şəhərinin rəhbərliyi ABŞ-ın dövlət katibi Con Kerrini evinin yaxınlığında qarın təmizlənməməsi səbəbi ilə cərimələyib.
Son günlər Boston şəhəri güclü qar fırtınasının təsirinə məruz
qalıb. Şəhərdə 500 millimetrə qədər yağıntı düşüb. Bununla əlaqədar
şəhərin meri Martin Uloş evinin yaxınlığındakı qarı təmizləməyən
hər kəsə cərimə yazılacağını deyib. Şəhərin mərkəzinə yaxın,
qiyməti 11,5 milyon dollardan baha olan 1899-cu ilə aid
beşmərtəbəli kərpic imarətin sahibi Con Kerri də cərimə olunanların
arasındadır.
Con Kerrinin qar fırtınası baş verən zaman, yanvarın 23-də vəfat
edən kral Abdullah bin Əbdüləziz Al-Səudun dəfni ilə əlaqədar
Səudiyyə Ərəbistanında səfərdə olduğunu deyən ABŞ dövlət katibinin
rəsmi nümayəndəsi onun yaxın zamanda cəriməni ödəyəcəyini
bildirib.
-
Avropa04:20
Zelenskidən Fitsonun görüş təklifinə CAVAB
-
Kriminal03:45
AMAY Abdulla yenə məhkəməyə verildi
-
ABŞ01:45
Bu, Rusiya ilə nüvə qarşıdurması riski yaradır - Bayden
-
Nəqliyyat01:05
Bu yolda sürət həddi endirildi
-
Dünya00:45
Ərdoğan Meral Akşeneri köməkçisi təyin edəcək - İDDİA
-
Qoroskop00:25
Günün qoroskopu: büdcənizi yenidən nəzərdən keçirin!
-
Sağlamlıq00:04
Yayılan yeni virusun daha bir simptomu aşkarlandı - 5 gün davam edir...
-
Hadisə13 Yanvar 23:15
Los-Ancelesdəki yanğınlarda azərbaycanlılar xəsarət alıbmı?