Ukrayna ordusunun itkiləri açıqlandı – Şok rəqəmlər
Bizi izləyin

Dünya

Ukrayna ordusunun itkiləri açıqlandı – Şok rəqəmlər

Son iki həftə ərzində Donbas hövzəsində Ukrayna ordusu 1700-dən çox hərbçisini itirib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Donetsk Xalq Respublikası” separatçı qurumun hərbi qüvvələrinin komandan müavini Eduard Basurin bildirib.

“Aktiv döyüş əməliyyatlarının başlandığı 17 yanvar tarixindən rəqib 3 təyyarə, 1 vertolyot, 146 tank, 114 BMP, 64 avtomobil və 1738 hərbçisini itirib, 52 hərbi qulluqçusu isə əsir götürülüb”, - Eduard Basurin deyib.

O, son bir gün ərzində isə Ukrayna ordusunun itkilərinin 5 tank, 3 BMP, 2 yük maşını və 79 hərbçi olduğunu iddia edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm