Dünya
ABŞ kəşfiyyatı Rusiyanın planlarını açıqladı
“Rusiya Ukraynanın şərqində uzunmüddətli münaqişə yaratmağa çalışır və 2015-ci ildə hərbi və mülki üsulların köməyi ilə Kiyevə təzyiq göstərməyə davam edəcək”.
Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə qlobal təhlükələr mövzusunda Konqresdə keçirilən dinləmələrdə ABŞ Müdafiə Nazirliyinin(Pentaqon) Kəşfiyyat məntəqəsinin direktoru Stüart Vinsentanın məruzəsində deyilir.
Onun sözlərinə görə, Moskvanın Ukrayna ilə bağlı hazırkı hərəkətləri Rusiyanın yeni hərbi doktrinası və strategiyasına tam uyğundur. Pentaqonun kəşfiyyat rəhbəri hesab edir ki, Rusiya hərbi əməliyyatların yeni üsullarından istifadə etmək üçün hərbi doktrinanı müvəffəqiyyətlə yeniləyıb, həmçinin nüvə və adi silahlarını əhəmiyyətli dərəcədə müasirləşdirməyə nail olub.
“Biz gözləyirik ki, 2015-ci ildə Rusiyanın hərbi fəallığı yüksək səviyyədə qalacaq”, - general Stüart deyib.
Pentaqonun kəşfiyyat rəhbərinin fikrincə, Rusiya daha kiçik və daha yüksək manevr qabiliyyəti olan, daha müxtəlif məsələləri yerinə yetirə bilən silahlı qüvvələri yaratmağa çalışır. Pentaqonun Kəşfiyyat məntəqəsi proqnozlaşdırır ki, iqtisadi çətinliklərə baxmayaraq, 2015-ci ildə Rusiya ordusu xeyli sayda hərbi təlimlərdə iştirak edəcək.
Pentaqonda həmçinin hesab edirlər ki, Rusiya əvvəlki kimi strateji nüvə güclərinə xüsusi diqqət ayıracaq və mobil qitələrarası ballistik raketlərin müasirləşdirilməsini davam etdirəcək. Qeyd edilir ki, Moskvanın silahlanmasında “Topal-M” raket kompleksləri xüsusi yer tutacaq, “Rubej” MBR raket komplekslərin, sualtı gəmilər üçün “Bulava” ballistik raketlərin və qanadlı raketlərin yeni nəslinin hazırlanması üzərində iş davam etdiriləcək.
Məruzənin “Regional təhlükələr” bölməsində Çin, Koreya Xalq Demokratik Respublikası, Yaxın Şərq və Şimali Afrikadakı proseslərdən danışılır. “Qlobal təhlükələr” bölməsində kibertəhlükəsizlik, kütləvi qırğın silahları, ballistik raketlər və ölümcül yoluxucu xəstəliklərin yayılmasından bəhs edilir.
Ömər Dağlı
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO