Dünya
İraqlı nazir müqaviləni imzalamaqdan imtina etdi, Ərdoğan şoka düşdü - VİDEO
İraqın Baş naziri Əli əl-Zeydi və onun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.
Publika.az xəbər verir ki, Türkiyə prezidenti Ərdoğanla Zeydi arasında təkbətək görüşdən sonra iki ölkə arasında müqavilələr imzalanmalı idi.
Amma canlı yayımlanan imza mərasimi böhranla yadda qalıb.
Əvvəlcə Polis Akademiyasının prezidenti Murat Balcı və İraq Baş Qərargah rəisi Əbdülemir Şammari tərəfindən "Təhsil və Akademik Əməkdaşlıq Haqqında Anlaşma Memorandumu" imzalandı.
Lakin mətbuat konfransından sonra İraq nəqliyyat nazirinin Türkiyə ilə “İnkişaf Marşrutu” müqaviləsini imzalamaq istəmədiyi iddia edilib.
Ərdoğan "Beş razılaşma deyildimi?" sualını verərək, xarici işlər naziri Hakan Fidanı yanına çağırıb.
Bu arada, İraqın Baş naziri Zeydi nazirlə görüşərək ondan müqaviləni imzalamasını istəyib.
Oda tv-nin məlumatına görə, həmin vaxt İraq Baş naziri ilə nazir arasında aşağıdakı dialoq baş tutub:
Zeydi: "Niyə “İnkişaf Marşrutu”nu imzalamırsınız?"
Nazir: "Sizə “WhatsApp”da mesaj yazacam".
Zeydi: “Gəl imzala”.
Zeydi ( tərcüməçisinə tərəf dönərək): “Prezidentə deyin ki, mən ona imzalamağı tapşırmışam”.
İddialara görə, böhrana İraq nəqliyyat naziri Razak əs-Sədəvinin İrana yaxın olan “Bədr” təşkilatının üzvü olması səbəb olub.
İran Türkiyə və İraq tərəfindən həyata keçirilən “İnkişaf Marşrutu” layihəsinə müqavimət göstərir. Bunun bir səbəbi ticarət marşrutunun onun geosiyasi mövqeyinə təsir etməsi, digər səbəbi isə İraqa siyasi təsirinin azalmasıdır.
Müəllif: Tural
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj






























