Dünya
Madam Tüsso muzeyinin binası satışa çıxarılıb
London şəhərindəki əfsanəvi Madam Tüsso muzeyinin binası iş
adamı Nik Leslo tərəfindən 300 milyon funt sterlinqə (450 milyon
dollar) satışa çıxarılıb.
Publika.az-ın məlumatına görə, meqapolisin turistlər tərəfindən ən
çox ziyarət olunan binası Merlin Entertainments kompaniyası
tərəfindən 27 illiyə icarəyə götürülmüşdü. İcarəçilər bina sahibinə
ildə təxminən 15,5 milyon funt sterlinq (22,5 milyon dollar)
ödəyirdilər. Səhmləri 4 milyard funt sterlinq (6 milyard dollar)
həcmində qiymətləndirilən Merlin Entertainments kompaniyası bütün
dünya üzrə 20 Madam Tüsso muzeyinin sahibidir.
Ekspertlər bildirirlər ki, Londondakı madam Tüsso muzeyinin
populyarlığı artmaqda davam edir. May ayının ortalarında
ekspozisiya “Ulduz müharibələri” ("Star Wars") filminin
qəhrəmanları ilə zənginləşdiriləcək. Turistlər üçün attraksionda 11
müxtəlif səhnə açılacaq. Ziyarətçilər “Minillik şahin” (Millennium
Falcon) kosmik gəmisində olacaq, əllərində şüa qılıncı tuta
biləcəklər. Ümumilikdə isə bu sərgidə 2,5 milyon funt sterlinq
(3,76 milyon dollar) dəyərində 16 fiqur nümayiş olunacaq.
Merlin Entertainments kompaniyasının direktoru Devid Şarpın
dediyinə görə, yeni sərgi Londonun turizm iqtisadiyyatına güclü
impuls verəcək.
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO