Dünya
Fransada qeyri-adi oğurluq: Nə pul, nə də qızıl - Dəyəri heyrətə saldı
Fransanın Burquen-Jalyö şəhərində maskalı şəxslər kolleksiya kartları satan mağazaya girərək təxminən 80 min avro dəyərində “Pokemon” kartları oğurlayıblar.
Publika.az xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 04:00 radələrində baş verib. Dörd maskalı şəxs mağazanın əsas qapısını sındıraraq içəri daxil olub və yüzlərlə kartı götürüb.
Həyəcan siqnalının işə düşməsindən sonra oğrular avtomobillə hadisə yerindən qaçıblar. Oğurlanan kartların böyük hissəsinin Yaponiyanın “Pokemon” franşizasına aid olduğu bildirilir.
Son illərdə “Pokemon” kartlarına kolleksiyaçılar arasında böyük tələbat yaranıb və onların bəziləri yüksək qiymətlərə satılır. Məsələn, ötən fevral ayında nadir “Pikachu” kartı hərracda 14,3 milyon avroya satılaraq rekord qırıb.
Hadisə ilə bağlı araşdırma başladılıb və şübhəlilərin axtarışı davam edir.
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi


















.jpg)













