Türkiyə İsrailə görə Münhen Konfransını tərk edib
Bizi izləyin

Dünya

Türkiyə İsrailə görə Münhen Konfransını tərk edib

Türkiyə xarici işlər naziri İsrail nümayəndə heyəti ilə birgə sessiyaya qatılmaq istəmədiyini bildirərək Münhen Təhlükəsizlik Konfransını tərk edib.

"Mən konfransda iştiraka hazırlaşırdım, ancaq Yaxın Şərq sessiyasına İsrail nümayəndə heyəti də daxil ediləndə qərarımızı dəyişmək fikrinə gəldik," deyə Mövlud Çavuşoğlu Berlində jurnalistlərə bildirib.

Çavuşoğlu bildirib ki, bu qərarın Türkiyənin Almaniya ilə əlaqələrinə heç bir aidiyyatı yoxdur.

Bu qərar prezident Rəcəb Tayyip Ərdoğanın hakimiyyəti altında Türkiyə-İsrail münasibətlərinin drammatik şəkildə pisləşdiyi vaxta təsadüf edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm