Dünya
Norveçi qasırğa cənginə alıb
Norveçin Şimal əyalətləri “Ole” qasırğasından zərər
çəkib. İki gün davam etmiş qasırğa nəticəsində Norveçin şimalındakı
üç əyalətdə bir neçə min evin işığı kəsilib, yolların çoxu
bağlanıb. Küləyin sürəti saniyədə 40 metrə çatıb.
Qasırğa Stavanger və Tromsö şəhərlərində daha çox ziyan vurub.
Hava şəraitinin pisləşməsi səbəbindən aviareyslərin çoxu ləğv
edilib. Regiondakı quru və dəniz yollarında sərnişindaşıma reysləri
də təxirə salınıb. Bu bölgədə olan kruiz layner və gəmiləri qasırğa
səngiyənə qədər yaxınlıqdakı təhlükəsiz limanlara göndərilib.
Polisin hesabatında göstərilir ki, təbii fəlakət nəticəsində insan
tələfatı barədə hələlik heç bir məlumat yoxdur, çünki asayiş
keşikçiləri sakinlərə əvvəlcədən xəbərdarlıq ediblər ki, evlərini
tərk etməsinlər və nəqliyyat vasitələrindən yalnız zəruri hallarda
istifadə etsinlər.
Lakin “Ole” qasırğası ölkəyə ciddi maddi ziyan vurub. Məsələn,
sahil bölgələrində güclü külək nəticəsində evlərin damları və
binaların örtükləri uçub, elektrik xətləri qırılıb. Telefon
stansiyaları zədələndiyinə görə mobil rabitənin işində fasilə
yaranıb. Yolların çoxu hələ də bağlıdır, kommunal xidmətlər
gücləndirilmiş rejimdə işləyir.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər