Dünya
Tramp üçün təhlükə siqnalı: Reytinqi tarixi minimuma düşdü
ABŞ prezidenti Donald Trampın fəaliyyətini dəstəkləyənlərin sayı onun siyasi karyerasında ən aşağı səviyyəyə enib.
Publika.az xəbər verir ki, “Reuters” və “Ipsos”un birgə keçirdiyi sorğuya əsasən, amerikalıların cəmi 33 faizi Trampın fəaliyyətini bəyənir.
Bununla da, Trampın reytinqi sabiq prezident Co Baydenin ən aşağı göstəricisini də geridə qoyub. Baydenin ən aşağı dəstək səviyyəsi 2024-cü ilin oktyabrında 35 faiz təşkil edib.
Trampın prezidentlik müddətinin əvvəlində onun fəaliyyətini amerikalıların 47 faizi dəstəkləyirdi. Lakin İranla münaqişə və iqtisadi siyasətdən narazılıq fonunda bu göstərici əhəmiyyətli dərəcədə azalıb.
Bundan əvvəl keçirilən sorğuda ABŞ-da qeydiyyatda olan seçicilərin yarıdan çoxu Trampın 2025-ci ildə yenidən prezident seçilməsindən sonra maddi vəziyyətlərinin pisləşdiyini bildirmişdi.
Müəllif: Roza
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi



















.jpg)














