Magazin2
"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
“Kurtlar vadisi” serialında "Ömər Baba" obrazını canlandıran Emin Olcay illər sonra layihənin pərdəarxası ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Publika.az xəbər verir ki, aktyor müsahibəsində serialın rejissoru Osman Sınavın layihədən qəfil ayrılmasından danışıb. Olcay Sınavın qərarını gözləmədiklərini bildirib:
“Serialdam imtina etmək qərarına təəccübləndik. Heç gözləmirdik. Həyatın normal axarına zidd bir vəziyyət idi. Deyək ki, “Kurtlar vadisi”ni riskli olduğu üçün buraxdı. Bəs çörək qazandığı sahədən niyə uzaqlaşdı? Bunu heç vaxt anlaya bilməmişəm.
Osmandan sonra serial siyasətə çevrilməyə başladı. Türkiyənin bəzi bilinməyən yerlərinə doğru getməyə başladıq. Bu, getdikcə artdı. Ssenari pozuldu. Bir neçə dəfə yaradıcı heyətlə danışmağa çalışdım, amma cavab vermədilər. Mən də susdum. Yəni şübhələnirdim. Kimlərdənsə məlumatları almasaydılar, bunları haradan bilərdilər?”.
Aktyor Osman Sınavın üzərində silah gördüyünü söyləyib:
“Salacakda bir qəhvəxanada çəkiliş edərkən Osmanın belində silah görmüşdüm. Tədbir üçün üzərində gəzdirirdi. Ofisində "mafiya ombudsmanı" adlandırdığı biri ilə görüşmüşdü”.
Olcay serialla bağlı araşdırma aparılmasını da dəstəklədiyini vurğulayıb:
“İstintaq açılmasını çox doğru hesab edirəm. Həqiqətlər nədirsə, ortaya çıxsın. Əgər yanlış işlər görüblərsə, cəzalarını çəksinlər. Yanlış heç nə etməyiblərsə, bu vəziyyətdən bəraət alaraq çıxsınlar”. (Axşam.az)
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı













.jpg)



















