İdman
17 yaşlı oğlan İspaniyaya keçmək üçün futbol klubunun avtobusuna gizləndi
İspaniyada qeyri-adi hadisə yaşanıb.
Publika.az xəbər verir ki, 17 yaşlı mərakeşli yeniyetmə İspaniyaya keçmək məqsədilə “Real Valladolid” futbol klubunun avtobusunun alt hissəsində gizlənib.
İspaniyanın “Marca” nəşrinin məlumatına görə, hadisə komandanın İspaniyanın Seuta şəhərindən qayıdışı zamanı baş verib. Yeniyetmə komandanın “Seuta” ilə keçirdiyi matçdan sonra avtobusa limanda daxil olub və nəqliyyat vasitəsinin alt hissəsində gizlənərək Cəbəllütariq boğazını keçməyə çalışıb.
“Real Valladolid” bazar günü “Alfonso Murube” stadionunda “Seuta” ilə 1:1 hesablı heç-heçə edib. Qarşılaşmadan sonra komandanın avtobusu saat 21:30-da Seuta limanından ayrılaraq Alhesiras istiqamətində hərəkətə başlayıb.
Avtobus yola düşdükdən bir saatdan çox sonra, “Jerez de la Frontera” şəhərinə yaxınlaşarkən komanda üzvləri aşağı hissədən kömək səsləri eşidiblər. Sürücü və klub nümayəndələri dərhal avtomobili saxlayaraq səsin gəldiyi yeri yoxlayıblar.
Yoxlama zamanı yeniyetmənin avtobusun oxlarından birinin içərisində gizləndiyi müəyyən edilib. Onun uzun müddət bu vəziyyətdə yol getdiyi məlum olub.
Hadisədən sonra yeniyetmə tibbi müayinədən keçirilib. İlkin yoxlama zamanı onun vəziyyətinin stabil olduğu, yalnız bir neçə yüngül əzilmə aldığı müəyyənləşib.
17 yaşlı oğlan daha sonra zəruri hüquqi prosedurların həyata keçirilməsi üçün aidiyyəti qurumların əməkdaşlarına təhvil verilib.
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?



















.jpg)





.jpg)
.jpg)








