Dünya
Ərdoğandan dünyanın xilası naminə plan: Koalisiya yaradılmalıdır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında veto hüququnun ləğv edilməsinə çağırış edib.
Publika.az xəbər verir ki, Ərdoğan bu barədə “Bloomberg” üçün yazdığı məqalədə bildirib.
O vurğulayıb ki, pandemiyalar, enerji böhranları, təchizat zəncirlərindəki problemlər və regional münaqişələr dünyadakı böhranların həllinin bir neçə dövlətin iradəsindən asılı vəziyyətdə qalmasının qəbuledilməz olduğunu göstərib.
Türkiyə lideri BMT-nin qlobal qərar qəbuletmə mexanizmlərinin müasir reallıqlara uyğunlaşdırılmasının artıq təxirə salına bilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, BMT-nin Təhlükəsizlik Şurasının mövcud strukturu hələ də İkinci Dünya müharibəsindən sonrakı dövrün reallıqlarını əks etdirir.
“Veto imtiyazının ləğvi hər hansı islahatın həm başlanğıc nöqtəsi, həm də əsas strateji məqsədi olmalıdır. İslahat eyni imtiyazın digər dövlətlərə də verilməsi mənasına gələ bilməz. Baş Assambleya çərçivəsində heç bir dövlətin beynəlxalq ictimaiyyətin əksəriyyətinin iradəsini daimi olaraq əngəlləmək səlahiyyətinə malik olmaması prinsipi ətrafında geniş bir koalisiya yaradılmalıdır”, - deyə Ərdoğan qeyd edib.
Müəllif: Roza
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək




















.jpg)













