Dünya
ABŞ-dan Türkiyə açıqlaması: F-35 mesajı
ABŞ Konqresinin üzvü Co Uilson Türkiyənin F-35 proqramına qayıtmasını və Ankaraya tətbiq edilən CAATSA sanksiyalarının aradan qaldırılmasını dəstəklədiyini bildirib.
Publika.az xəbər verir ki, Uilson bu barədə Türkiyə mediasına açıqlama verib.
O, Ankara ilə Vaşinqton arasındakı əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. Türkiyənin F-35 qırıcı təyyarələri proqramına mümkün qayıdışı ilə bağlı suala cavab verən konqresmen buna ümidli olduğunu bildirib.
Uilson, həmçinin Türkiyəyə CAATSA çərçivəsində tətbiq olunan sanksiyaların götürülməsini dəstəklədiyini bildirib.
Amerikalı konqresmen İsrailin Suriyaya hava hücumlarını da tənqid edərək, bu hücumların dayandırılmasına çağırış edib.
Uilson Türkiyənin rolunu yüksək qiymətləndirib və Ankaranın Suriyaya dəstək olmasından məmnun olduğunu bildirib. Onun sözlərinə görə, Suriyada sabitlik, sülh və rifahın təmin olunması bütün Yaxın Şərqə, xüsusilə də Türkiyəyə fayda verə bilər.
“Türkiyə Amerikanın mühüm müttəfiqidir, Amerika da Türkiyənin müttəfiqidir və biz qarşılıqlı fayda güdürük", - deyə o qeyd edib.
Müəllif: Roza
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Dünya12 Oktyabr 21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region12 Oktyabr 16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 12 Oktyabr 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika12 Oktyabr 15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 12 Oktyabr 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq

































