Dünya
Putindən səssizlik, Merkeldən sanksiya, Ollanddan yeni görüş mesajı
Ukrayna böhranı üzrə Minsk bəyannaməsinin imzalanmasından saatlar keçmiş Moskva üçün Brüsseldən bəd xəbər gəlib.
Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkel Avropa Birliyinin (AB) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların genişləndiriləcəyini bildirib.
Brüsseldə jurnalistlərin yeni sanksiyalarla bağlı sualına kansler çox qısa cavab verib: “Bəli”.
Yeni sanksiyalar 19 Rusiya və Ukrayna vətəndaşına toxunacaq, həmçinin Rusiyanın 9 şirkətin hesabları dondurulacaq. Şəxslər və şirkətlərin siyahısı isə AB-nin xarici işlər nazirləri tərəfindən yanvar ayının sonunda uyğunlaşdırılıb. Yanvarın 29-da AB ölkələrinin xarici işlər nazirləri 2014-cü ilin martında tətbiq olunan sanksiyaları genişləndirib. Hazırda “qara siyahı”da 132 şəxs və 28 şirkətin adı var.
Almaniya kansleri Minsk razılıqlarının icra olunmayacağı halda Rusiya barəsində digər sanksiyaların qəbulunun da gündəmə gələcəyini istisna etməyib. Daha əvvəl da Avropa diplomatik mənbələri bildiriblər ki, Minsk görüşünün necə nəticələnməsindən asılı olmayaraq, AB-nin Rusiyaya qarşı yeni sanksiyaları 16 fevralda işə düşəcək.
Fransa prezidenti Fransua Olland isə dünən bildirib ki, “Normandiya dördlüyü”nün liderləri Minsk razılaşmalarının icrasını gələn həftə telefonla müzakirə etməyi planlaşdırır: “Düşündük ki, əgər atəşin dayandırılması plan üzrə yerinə yetirilərsə, gələn həftə, heç olmasa, telefonla konfrans keçirmək lazım olacaq”.
Olland həmçinin qeyd edib ki, liderlər bir neçə həftə sonra üz-üzə görüşə bilərlər. Fransa prezidenti Minsk razılaşmalarına riayət ediləcəyi halda, sanksiyaların tədricən ləğv edəcəyini dilə gətirib.
Ömər Dağlı
-
Magazin102:19
Aygün Kazımova qeyri-adi saç düzümündə - FOTOLAR
-
Elm və təhsil01:51
Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı
-
Hadisə01:10
Xəzərdə zəlzələ oldu
-
Qoroskop00:13
Günün qoroskopu: Pul məsələlərində risklərdən qaçın!
-
Magazin111 Oktyabr 22:17
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
-
Kriminal11 Oktyabr 22:04
Xocavəndin hərbi komissarı həbs edildi - RƏSMİ/YENİLƏNDİ
-
İdman11 Oktyabr 21:59
Millimiz Estoniyaya məğlub oldu - VİDEO/YENİLƏNDİ
-
Kriminal11 Oktyabr 21:52
Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı