Dünya
“El-Ninyo” dəhşətli fəlakətlərə səbəb olacaq
“El-Ninyo” iqlim hadisəsi planetin bir-birindən uzaq bölgələrində fərqli xarakterli ekstremal hava hadisələrinə – daşqınlara, quraqlıqlara, siklonlara və meşə yanğınlarına səbəb olur. Lakin çox vaxt unuduruq ki, bu cür ekstremal hava hadisələrinin əksəriyyətini əvvəlcədən proqnozlaşdırmaq mümkündür.
Publika.az “New Scientist” jurnalına istinadla xəbər verir ki, son 70 ildə baş vermiş səkkiz güclü “El-Ninyo” hadisəsinin hamısı İndoneziyada quraqlığa səbəb olub. Bütün əsas modellər hazırda rekord səviyyəyə çatan “El-Ninyo” hadisəsinin bu ölkədə payız və qış fəsillərinin quraq keçməsinə gətirib çıxaracağını proqnozlaşdırır. Buna görə də İndoneziyanın getdikcə şiddətlənən quraqlıq və meşə yanğınları ilə mübarizə aparması təəccüblü deyil. Gələn il ərzində dünyanın müxtəlif bölgələrində də buna bənzər, əvvəlcədən proqnozlaşdırıla bilən nəticələr müşahidə olunacaq.
Hadisələrin məhz bu cür əvvəlcədən proqnozlaşdırıla bilinməsi bəzi ekspertləri “təbii” fəlakətlərin ümumiyyətlə mövcud olmadığını iddia etməyə vadar edir. Onların fikrincə, lazımi hazırlıq görüldüyü təqdirdə, iqtisadi cəhətdən inkişaf etmiş cəmiyyətlər demək olar ki, istənilən ekstremal hava hadisəsinin öhdəsindən gələ bilməlidirlər. Məsələn, Kaliforniya və Peruda bəzi hökumətlər artıq hazırlıq tədbirlərinə başlayıb və fövqəladə vəziyyət elan ediblər. Lakin bir çox ölkə bu istiqamətdə addım atmayıb. Çin, Hindistan və bəzi Avropa ölkələri ərzaq böhranları zamanı istifadə etmək üçün böyük taxıl ehtiyatlarına malikdirlər. ABŞ, Böyük Britaniya, Kanada və Avstraliyada isə belə ehtiyatlar yoxdur.
Bununla yanaşı, ən həssas ölkələr, – Efiopiya, Sudan və Cənubi Sudan, – kütləvi aclığın və ölüm hallarının qarşısını almaq üçün planlar hazırlayıblar. Lakin BMT-yə üzv olan digər dövlətlər bu planların həyata keçirilməsi üçün tələb olunan maliyyənin yalnız üçdə birini ayırıblar.
Ən çox ehtiyacı olan ölkələrə vəsait ayırmaqla yanaşı, gündəlik istifadə etdiyimiz ictimai infrastrukturun inkişafına əlavə investisiyalar yatırmaq da öz bəhrəsini verə bilər. Daha çox ehtimala əsaslanan variantlara gəldikdə isə, geotexniki müdaxilələr vasitəsilə “El-Ninyo”nun ən ağır nəticələrini yumşaltmaq təklifləri də mövcuddur.
“El-Ninyo” Yer kürəsinin həssas iqlim sistemində baş verən təbii dövri hadisə olsa da, onun ən ağır nəticələrinin qarşısını almaq bizim imkanlarımız daxilindədir. Bunun üçün hər zaman olduğu kimi qlobal istiləşməni dayandırmaq məqsədilə karbon emissiyalarını azaltmaq lazımdır. Beləliklə, narahat olmalı olduğumuz ekstremal hava hadisələrinin sayı bir qədər azalar.
Emissiyaların durmadan artmasının nəticələri əvvəlcədən proqnozlaşdırıla bilər. Buna görə də heç kim baş verənlər barədə əvvəlcədən xəbərdarlıq edilmədiyini deyə bilməyəcək.
-
Nida Xəbər 16:44Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - VİDEO
-
Nida Xəbər 16:30Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi də gücləndirir!
-
Nida Xəbər 16:05İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir
-
Nida Xəbər 15:21Prezidentin sosial media hesablarında Ərdoğanın səfəri ilə bağlı videoçarx paylaşıldı
-
Nida Xəbər 15:10Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
-
Nida Təhlil 14:19Məhv edilən “şeytan yuvası”nda Zəfər Muzeyi – “Bakıda çay içmək” arzuları reallaşdı
-
Ekologiya12:51Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
-
Nida Xəbər 12:32Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu


































.jpg)

