Tokayev: Azərbaycanın Qafqazda uzunmüddətli sülhə yönəlmiş siyasəti beynəlxalq ictimaiyyətin dəstəyini qazanır
Bizi izləyin

Digər

Azərbaycanın Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl siyasəti beynəlxalq ictimaiyyətin dəstəyini qazanır.

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd olunub.

Tokayev qeyd edib ki, sülh gündəliyinin irəli aparılması regionun bütün ölkələrinin maraqlarına cavab verir, onların iqtisadi inkişafı üçün yeni perspektivlər açır.

"Sizin nüfuzlu rəhbərliyinizlə Azərbaycan BMT Nizamnaməsinin fundamental prinsiplərinə və beynəlxalq hüququn normalarına əsaslanaraq ərazi bütövlüyünü bərpa etmiş, suverenliyini möhkəmləndirmiş, ölkənin gələcək davamlı inkişafı üçün möhkəm zəmin yaratmışdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm