Əl-Bağdadi azad edildi
Bizi izləyin

Dünya

Əl-Bağdadi azad edildi

İraq Ordusu İŞİD terror qruplaşmasının fevralın 12-də işğal etdiyi Əl-Bağdadi şəhərini azad edib.

Publika.az-ın məlumatına görə, İraq ordusunun və könüllərinin birgə həyata keçirdiyi hücum zamanı şəhər yenidən hökumət qüvvələrinin nəzarətinə keçib.

İraq ordusundan verilən məlumatda bildirlir ki, şəhərin azad olunması üçün keçirilən əməliyyat nəticəsində onlarla terrorçu məhv edilib.

Qeyd edək ki, İŞİD Əl-Bağdadi şəhərini ələ keçirəndən sonra yaxınlıqda yerləşən amerikalı hərbşilərin də olduğu “Ayn Əl Əsəd” aviasiya bazasına hücum etmişdi. Hücum nəticəsiz başa çatdığından terrorçulara qarşı əks-hücum edilərək şəhər geri alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm