Dünya
Bank böhranı ölkəni silkələdi: Prezident vəzifəsindən uzaqlaşdırıldı, ev dustaqlığına göndərildi
Paraqvay Senatı “Ueno Bank” ətrafında yaranan qalmaqal fonunda Prezident Santyaqo Penyanın impiçmentinə səs verərək onu vəzifəsindən uzaqlaşdırıb.
Publika.az xəbər verir ki, səsvermədə 44 senator impiçmentin lehinə səs verib, bir senator isə iştirak etməyib. Penya vəzifə borclarını lazımi qaydada yerinə yetirməməkdə təqsirli bilinib.
Vəzifəsindən kənarlaşdırılan sabiq prezident ev dustaqlığına göndərilib. Onun noyabrın 7-də Bakı vaxtı ilə saat 18:00-da dindirilməyə aparılması planlaşdırılır.
İmpiçment qərarından sonra vitse-prezident Pedro Alyana ölkənin yeni dövlət başçısı kimi and içib. Mərasimdə parlamentin hər iki palatasının deputatları iştirak ediblər.
Qeyd edək ki, siyasi böhrana Paraqvay Mərkəzi Bankının müdaxiləsindən sonra təxminən 3 milyon müştərinin “Ueno Bank”dakı hesablarına girişini itirməsi səbəb olub.
-
Dünya07:55Bank böhranı ölkəni silkələdi: Prezident vəzifəsindən uzaqlaşdırıldı, ev dustaqlığına göndərildi
-
İdman07:15Keynin “Bayern”dəki fantastik maaşı
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Dünya6 Noyabr 22:46İki sərnişin təyyarəsində bomba şübhəsi - Qırıcılar havaya qaldırıldı
-
Kriminal6 Noyabr 21:13“Omid” əməkdaşının döyülmə anı - Video
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər















.jpg)
















.jpg)
