Dünya
“Toyota” İŞİD-i avtomobillə təmin edir - ŞOK İDDİA - FOTOLAR
Dünyanın ən böyük və tanınmış avtomobil şirkətlərindən biri olan “Toyota” “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatını avtomobillə təmin edir.
Publika.az-ın məlumatına görə, belə bir sensasiyalı iddia ilə Türkiyə mediası çıxış edib.
Məlumata görə, Yaponiya şirkəti olan “Toyota” İŞİD-ə satdığı lüks və digər müxtəlif növ avtomobillərdən milyonlarla vəsait qazanır. Sözügedən avtomobillər isə Səudiyyə Ərəbistanı vasitəsilə İŞİD-ə çatdırılır.
İŞİD-in daha çox “Toyota Land Cruiser 200”, “Toyota HiLux”, “Toyota Tundra”, “Toyota Land Cruiser Pick up”, “Toyota Camry” və digər tanınmış modellərini sifariş verdiyi deyilir.
Bundan əlavə, İŞİD təkcə yeni avtomobillər deyil, həm də köhnə avtomobillər də almaqda davam edir. Belə ki, İran, Türkiyə, Livan, İordaniya, Küveyt və Səudiyyə Ərəbistanında oğurlanmış avtomobillərin də İŞİD-ə satıldığı iddia olunur. İŞİD həmin avtomobillər vasitəsilə öz avtomobil parkını genişləndirir. Hətta Türkiyə hökuməti bu ilin əvvəlinə kimi ölkədən 5 minə yaxın avtomobilin oğurlandığını bəyan edib. Bu avtomobillərin də Suriya sərhədindən İŞİD-ə təhvil verildiyi güman olunur.
Vasif Həsənli
-
İKT19:12Bakıda bəzi parkinqlərdə ödəmə sistemi ÇÖKDÜ - VİDEO
-
Sosial16:28Əli Əsədov qərar imzaladı
-
Sosial16:20Azərbaycanda saytlar buna görə çöküb
-
Nida Xəbər 14:55Prezident tələb etdi: Milli Məclis toplanır
-
Sosial14:43Bu şəxslərə gələn ay 30 manat yardım veriləcək
-
Region13:22İran vətəndaşlarının yaşam mücadiləsi: Molla rejimi pulları hara xərcləyir? - VİDEO
-
İdman13:168 yaşlı uşaq Arda Turana belə dərs verib: Mənə dedi ki...
-
Magazin212:46“Avroviziya”da çıxış edən əkizlər birlikdə İNTİHAR ETDİ - FOTO


































