Əsəd əsgərləri türk mütəxəssisi öldürdü
Bizi izləyin

Dünya

Əsəd əsgərləri türk mütəxəssisi öldürdü

Suriyanın Lazkiyə şəhərində Türkiyənin raket mütəxəssisi Bəşər Əsəd rejiminə bağlı əsgərlər tərəfindən öldürülüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Suriyanın SANA rəsmi xəbər agentliyi məlumat yayıb.

Xəbər agentliyinin iddiasına görə, Suriyanın ordu birlikləri Lazkiyə liman şəhərinin şimalında müxalifətin hədəflərinə qarşı əməliyyat həyata keçirib. Əməliyyatda müxalifətin yanında olan türk raket mütəxəssisinin öldürüldüyü bildirilir.

SANA öldürüldüyü iddia edilən və üzərindən Türkiyəyə pasportu çıxdığı deyilən şəxsin kimliyini açıqlamayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm