Dünya
Poroşenkonu “klon” adlandırdılar
Krımı Ukraynaya qaytaracağına söz verən Ukrayna prezidenti Pyotr Poroşenkoya Moskvadan cavab verilib.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin “Twitter” səhifəsində Ukrayna prezidentini “klon” adlandırıb.
Vladimir Markin Pyotr Poroşenkonun bəyanatını “yanan sirkdən qaçanlara acıqlı müraciət” hesab edib.
Xatırladaq ki, Poroşenko Ukrayna xalqına etdiyi müraciətində müvəqqəti işğal edilmiş ərazilər üzərində nəzarətin qaytarılacağını bildirib. “Bu gün bunun sürətli olacağını deyə bilmərəm. Amma bu mütləq olacaq”, - Poroşenko deyib.
“Ukrayna heç vaxt Krım üzərindəki suveren hüquqlarından imtina etməyəcək. Bu məsələdə Ukrayna hakimiyyəti, siyasətçiləri və vətəndaş cəmiyyətinin arasında tam razılıq mövcuddur. Biz dünya və bütün beynəlxalq təşkilatların mütləq dəstəyinə malikik”, - Ukrayna prezidenti vurğulayıb.
Ömər Dağlı
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?