Dünya
Obama o prezidentlə bağlı son sözünü dedi: “Getməlidir”
ABŞ prezidenti Barak Obama Suriya dövlət başçısı Bəşər Əsədin gələcəyi ilə bağlı yekun qərarını açıqlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Obama Vaşinqtonda Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani ilə görüşündə Bəşər Əsəd iqtidardan getməyənə kimi bu ölkədə sabitlik əldə etməyin mümkün olmayacağını söyləyib.
“Suriyada mülayim müxalifəti dəstəkləməkdə davam edəcəyik. Çünki Suriyada legitimliyini itirən Əsədin iqtidardan gedişi təmin edilənə qədər ölkədə sabitlik əldə etmək mümkün olmayacaq. Qətər əmiri ilə də bunu necə bacaracağımız haqqında fikirlər paylaşdıq”, - ABŞ prezidenti deyib.
Xatırladaq ki, ötən həftə Türkiyə və ABŞ suriyalı müxaliflərə təlimlər keçmək haqqında razılıq əldə edib. Təlim alacaq müxalif döyüşçülər həm İŞİD-ə, həm də Əsədə qarşı döyüşəcək.
Ömər Dağlı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ