BBC öz qaydalarını pozub
Bizi izləyin

Dünya

BBC öz qaydalarını pozub

Ruanda hökümətinin 1994-cü il soyqırımı barədə BBC-nin çəkdiyi sənədli filmlə bağlı araşdırma aparmaq üçün yaratdığı xüsusi komissiya britaniya yayım şirkətini özünün redaksiya qaydalarını pozmaqda ittiham edib.

Publika.az-ın məlumatına görə, xüsusi komisisya Ruanda hökümətinə BBC-ə qarşı cinayət və mülkü məcəllələr əsasında araşdırmaya başlamağı məsləhət görüb.

"Ruanda: söylənilməmiş həqiqət" adlı proqramının efirə getməsindən sonra rəsmilər BBC-nin ruanda dilində verilişlərinin ölkə ərazisində yayımını kəsib. Həmin proqramda 20 il bundan əvvəl baş vermiş hadisələrə dair müxtəlif mövgelər işıqlandırılıb, o cümlədən, hazırkı hakimiyyətin mövqeyinə əks olan yanaşmalara da yer verilib.

Ruanda rəsmiləri şirkəti revizionizm və soyqırımın inkarında ittiham edib.

BBC şirkəti Ruanda xüsusi komissiaynın gəldiyi nəticələri rədd edərək araşdırmanın yekunlarından məyus olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm