Berdiməhəmmədovun qarşılanma mərasimində it peyda oldu – VİDEO
Bizi izləyin

Dünya

Berdiməhəmmədovun qarşılanma mərasimində it peyda oldu – VİDEO

Türkiyəyə səfər edən Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Prezident Sarayında qarşılanma mərasimində maraqlı bir an yaşanıb.

Publika.az xəbər verir ki, hadisə Qurbanqulu Berdiməhəmmədovun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə fəxri qaravulun qarşısından keçdiyi anda baş verib.

Prezidentlər fəxri qaravulun qarşısından keçərkən arxa tərəfdə haradan gəldiyi məlum olmayan bir it və itin arxasınca qaçan polis diqqət çəkib. İtin qarşılanma mərasimində qəflətən ortaya çıxması ətrafdakı insanların bir anlıq çaşqınlığına səbəb olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm