Parlamentdə deputatlar üçün boks rinqi təşkil ediləcək
Bizi izləyin

Dünya

Parlamentdə deputatlar üçün boks rinqi təşkil ediləcək

Ukrayna Ali Radasının spikeri Vladimir Qroysman parlament iclaslarında deputatlar arasında davaların yolverilməz olduğunu bildirib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, spiker Ali Rada binasının üçüncü mərtəbəsində münasibətlərini aydınlaşdırmaq istəyən deputatlar üçün boks rinqi təşkil etməyə hazır olduğunu deyib.

Amma o, əlavə edib ki, boks döyüşü qaydalar çərçivəsində olmalıdır. Vladimir Qroysman həmçinin parlamentdə dava edən deputatların 15 iclasdan uzaqlaşdırılmasını təklif edib.

Qeyd edək ki, Ukrayna Ali Radasının iclasları tez-tez deputatlar arasında davalarla müşayiət olunur. Bu davalardan sonuncusu dünən baş verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm