Dünya
Bu da Ankaranın 10 maddəlik İŞİD planı
Rəsmi Ankara Mosulun İŞİD-dən azad edilməsi üçün 10 maddəli dəstək planını açıqlayıb.
Axar.az “Sabah”a istinadən məlumat verir ki, Türkiyənin verəcəyi təchizat və kəşfiyyat dəstəyi "Beynəlxalq Ordu Konsepti" çərçivəsində reallaşacaq.
Türkiyənin “Mosul Planı”nda təyin olunan 10 maddə:
- Türkiyə koalisiya qüvvələrinə təchizat-kəşfiyyat dəstəyi verəcək;
- Rakka, Telafer, Teləbyad kimi sərhəd şəhərlərdə kəşfiyyat aparılacaq;
- Diyala hərbi düşərgəsində təlimlər davam edəcək;
- Peşmərgəyə təlim keçən türk zabitlərin sayı artırılacaq;
- Sərhəddə qaçqın axınına qarşı tədbir görüləcək;
- Minalanmış sahələrin mühafizəsi gücləndiriləcək;
- Bölgədəki türkmanlar güclü mühafizə olunacaq;
- Kəşfiyyat uçuşları artırılacaq, Diyarbəkirdə müdafiə sistemi gücləndiriləcək;
- İŞİD-dən gələ biləcək təhlükələrə qarşı sərhədyanı bölgələrdə təhlükəsizlik tədbirləri gücləndiriləcək;
- Müxaliflərin Türkiyədə təliminə dəstək veriləcək.
Bundan başqa, plana görə, hədəf olaraq 30 qərargah seçilib.
Xatırladaq ki, plan Müdafiə naziri İsmət Yılmazın ötən həftə Bağdad və Ərbilə reallaşdırdığı səfərindən sonra təsdiq olunub.
***
Bu arada ABŞ-ın İŞİD-i kökündən məhv edəcək 4 maddəli əməliyyat planına başladığı iddia olunub. Aprelin ikinci həftəsində başlaması gözlənilən plana görə, Mosul əməliyyatında koalisiya qüvvələri iki mərhələli hücum reallaşdıracaq. Əsas hədəf kimi isə təşkilatın qərargah olaraq istifadə etdiyi 30 nöqtənin məhv edilməsi nəzərdə tutulur. Birinci mərhələdə İŞİD mövqeləri havadan məhv ediləcək. Hava əməliyyatlarının təxminən 4-5 ay davam etməsi gözlənilir. Bundan sonra isə planın ikinci mərhələsi başlayacaq. İŞİD-ə son qoyacaq əməliyyatda İraq ordusu sözügedən məntəqələrə yeridiləcək.
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi