Dünya
İŞİD yazda Qafqaza hücum edəcək – Şok iddia
“Rusiya yazda Ukraynadan getməlidir, əks halda Orta Asiya itiriləcək”.
Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, belə bir xəbərdarlıqla Razumkova Mərkəzinin hərbi proqramlar üzrə direktoru Nikolay Sunqurovski çıxış edib.
Analitik yaz aylarında Orta Asiya ölkələrində hərbi-siyasi vəziyyətin kəskinləşəcəyini proqnozlaşdırır. O, hesab edir ki, Orta Asiyada vəziyyətin pisləşməsi Rusiya prezidenti Vladimir Putini Ukraynadakı hərbi güclərini bu regiona atmağa məcbur edəcək.
“Qarşıdakı yaz aylarında Orta Asiya və Şimali Qafqazda ikinci cəbhə açılacaq. Sözügedən regionlara “İslam dövləti”nin hücumu gözlənilir. Əgər “İslam dövləti”nin Talibanla ittifaq yaranarsa, qruplaşma əhəmiyyətli dərəcədə güclənəcək. Özbəkistandakı islam hərəkatı da qoşularsa, bu ümumiyyətlə ciddi güc olacaq. Regionda nəsil dəyişikliyinin təsiri altında barıt çəlləyi yaranıb. Putinin bu regionda qalmağın tək yolu hərbi gücdür. Ukraynada ilişib qalması isə Rusiyaya bunu etməyə imkan vermir. Buna görə də Putin Rusiya qoşunlarını Ukraynadan çıxarmağa məcburdur. Əks halda Orta Asiyanı unutmalıdır”, - Nikolay Sunqurovski deyib.
O, həmçinin əlavə edib ki, Rusiya hazırkı vəziyyətdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində önləyici addım olaraq Qırğızıstan və ya Qazaxıstanda hərbi qüvvələri yerləşdirə bilər.
Ömər Dağlı
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi