Dünya
Yanukoviçlə görüşü yarımçıq qalıb - YENİLƏNDİ
Yanukoviç və müxalifət nümayəndələri razılığa gələ bilmədilər
Ukrayna Prezidenti Viktor Yanukoviç və müxalifət nümayəndələri danışıqlar zamanı Kiyevdəki vəziyyət üzrə qarşılıqlı anlaşma əldə edə bilməyiblər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu müxalif "Udar" partiyasının lideri Vitali Kliçko deyib.
V.Kliçkonun fikrincə, ölkə Prezidenti vəziyyətə adekvat reaksiya vermir: "Düşünürəm ki, hakimiyyət qüvvələri geri çəkməli və qanlı qarşıdurmaya son qoymalıdır, çünki insanlar həlak olurlar. Mən bunu Yanukoviçə də dedim. Nə qədər ki qan axır, hansı danışıqlardan söhbət gedə bilər?"
Qeyd edək ki, kiyevdə ötən gün vəziyyət daha da gərginləşib. Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, iğtişaşlar zamanı ölənlərin sayı 11 nəfərə çatıb.
05.26Ukraynanın müxalifət liderləri prezident Viktor Yanukoviçlə razılığa gələ bilməyiblər. Musavat.com-un məlumatına görə, bunu Vitali Kliçko televiziyalardan birinin canlı yayımında telefonla bildirib.
"Təəssüf ki, mən danışıqlardan yaxşı heç nə gətirməmişəm. Görüşü tərk etdim. Çünki, mən qarşıdurmanın danışıqlar başa çatanadək dayandırılmasını təklif etdim. Prezident isə bildirdi ki, yalnız bir çıxış yolu var - Maydanı tərk etməliyik və hamı evə getməlidir", - Vitali Kliçko deyib.
Vitali Kliçkonun sözlərinə görə, Yanukoviç insanların ölümünə görə məsuliyyəti müxalifətin daşıdığını bəyan edib.
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək