Misir üç günə 60 milyard dollar qazandı
Bizi izləyin

Dünya

Misir üç günə 60 milyard dollar qazandı

Misir rəhbərliyi Şarm əl-Şeyx kurort şəhərində 90 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilmiş “Misirin gələcəyi” mövzusunda beynəlxalq iqtisadi konfransın yekunlarından razı qalıb.

Prezident Əbdülfəttah əs-Sisi yekun nitqində konfrans iştirakçılarına və investorlara Misiri dəstəklədiklərinə görə təşəkkür edib və bildirib ki, bu konfrans Şarm əl-Şeyxdə hər il keçiriləcək. O, investorları və qlobal şirkətləri gələn il keçiriləcək konfransa dəvət edib. Dövlət başçısının sözlərinə görə, Misir iqtisadiyyatının tam bərpası və inkişafı üçün 200-300 milyard civarında dollar tələb olunur.

Ölkənin baş naziri İbrahim Məhləb bildirib ki, üç gün davam edən konfransda Misir tərəfindən cəlb edilmiş birbaşa investisiyaların ümumi məbləği 60 milyard dollar təşkil edib. Bundan başqa, Körfəz ölkələri – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt də Misir iqtisadiyyatının inkişafına 12,5 milyard dollar məbləğində iqtisadi yardım göstərəcək. Baş nazirin sözlərinə görə, konfransda ölkə iqtisadiyyatının gələcək inkişafı üçün əla nəticələr əldə olunub.

Qeyd edək ki, konfrans günlərində müxtəlif ölkələrin şirkətləri ilə on milyardlarla dollar məbləğində qarşılıqlı anlaşma memorandumları imzalanıb.

Misirin investisiyalar naziri Əşrəf Salman bildirib ki, imzalanmış investisiya müqavilələrinin və qarşılıqlı anlaşma memorandumlarının ümum məbləği 175,2 milyard dollar təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm