Dünya
Rusiya Krımda “Tu-22M3” strateji bombardmançıları yerləşdirir
Rusiya Qərb, Cənub və Şərq hərbi dairələrində, həmçinin Şimal donanmasında döyüş hazırlığının qəfil yoxlanılması çərçivəsində “Tu-22M3” strateji raket daşıyıcılarını Krımda yerləşdirəcək.
Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib.
“Tu-22M3” təyyarələri hələ 1980-ci illərin sonlarında Krımda yerləşdirilmişdi. “Tu-22M3”lər dördüncü nəsil qırıcıları hesab olunur. 2014-cü ilin yazında yarımadanın ilhaqından sonra bildirilirdi ki, “Tu-22M3” qırıcıları yenidən Simferopol yaxınlığındakı bazada yerləşdirilə bilər. Strateji raket daşıyıcıları ağır gəmi əleyhinə raketləri, X-15 aeroballistik raketləri və dəniz minaları daşıya bilir. Rusiyanın Hərbi Hava Qüvvələrində 40 ədəd “Tu-22M3” döyüş vəziyyətindədir, 100-dən çoxu isə ehtiyatdadır.
ABŞ Konqresinin üzvləri ötən ilin oktyabrında prezident Barak Obamaya xəbərdarlıq etmişdilər ki, Rusiya yarımadada nüvə silahını yerləşdirəcək. Obamaya yazılan məktubda deyilirdi ki, Rusiya Krımda taktik nüvə silahının daşıyıcıları olan “Tu-22M3” strateji bombardmançıları və “İskəndər-M” operativ-taktik raket kompleksləri yerləşdirə bilər.
ABŞ Senatının silahlı qüvvələrin işləri üzrə komitənin üzvü Ceyms Onofenin fikrincə, Rusiyanın Krımda “Tu-22M3” strateji bombardmançıları və “İskəndər-M” operativ-taktik raket kompleksləri yerləşdirməsi orta və kiçik mənzili raketlərin ləğv edilməsi haqqında 1987-ci ildə SSRİ və ABŞ arasında imzalanan müqavilənin birbaşa pozuntusudur.
Ömər Dağlı
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Region8 May 23:58
Putinlə Paşinyanın görüşü başladı
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman8 May 23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?