Dünya
Rəsmilər polisə haqq qazandırır – Almaniyada nümayişçilərə divan tutuldu
Almaniyanın Frankfurt şəhərində kütləvi nümayişlər davam
edir.
Publika.az xəbər verir ki, Almaniya polisi Frankfurt şəhərində Avropa Mərkəzi Bankının yeni qərargahı qarşısında etiraz nümayişində iştirak edən vətəndaşlara qarşı şiddət nümayiş etdirir.
Ən maraqlısı isə Almaniya rəsmilərinin insanlara divan tutan
polisə haqq qazandırmasıdır. Ədliyyə naziri Heiko Maas “Twitter”
üzərindən yaydığı açıqlamada bildirir ki, polisə qarşı şiddətə heç
bir halda haqq qazandırılmayacaq: “Nümayiş etmək istəyənlər sərt
qanunlarla qarşılanacaq”.
Almaniya Baş nazirinin köməkçisi və iqtisadiyyat naziri Sigmar
Gabriel maliyyə naziri Volfgang Schaeuble ilə Berlində keçirdiyi
mətbuat konfransında nümayişçilərin polisə qarşı hücumlar etdiyini
iddia edib və buna qarşı sərt tədbirlər görüləcəyini
bildirib.
Maliyyə naziri də nümayişçilərə qarşı qeyri-insani rəftar edən
polisin müdafiəsinə qalxıb.
“Kimsənin polisin həyatına təhlükə yaratmaq ixtiyarı yoxdur”, -
deyə o bildirib.
Almaniya Polis Akademiyasının rəhbəri Rainer Vendt etirazçıları
quldur dəstəsi adlandırıb.
“Blockupy” hərəkatının sözçüsü Hendrik Vester isə polisin
nümayişçilərə divan tutduğunu deyib. Onun sözlərinə görə,
nümayişlərdə çoxlu etirazçı həbs olunub, bir çoxu isə bibər qazı,
təzyiqli su və dəyənək zərbələri ilə yaralanıb.
Qeyd edək ki, Almaniyada dünən başlayan etirazlarda ciddi
qarşıdurma yaşanıb. Polisin nümayişçilərə qarşı divan tutduğu foto
və videogörüntülərdən açıq şəkildə görünür.
Asif Nərimanlı
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?