Dünya
Jirinovskidən Günəş tutulması zamanı fasilə təklifi
Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovski Günəş tutulmasıyla bağlı Dumada fasilə elan olunmasını təklif edib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onun bu təklifi Dövlət Dumasının vitse-spikeri Sergey Narışkin tərəfindən qəbul olunmayıb: “Vladimir Volfoviç, nəzərə alarıq. Fasilə verə bilmərik, amma sakitcə işləyə bilərik”.
Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski martın 20-də Dumanın iclası zamanı Moskva vaxtı ilə saat 12:00-dan 14:00-dək fasilə verilməsini istəyib və o, bunu deputatların səhhətlərində problemin yaranmaması üçün etdiyini bildirib.
Qeyd edək ki, 2015-ci ilin ilk tam Günəş tutulması hadisəsi artıq başlayıb. Bakı vaxtı ilə saat 11:40-da başlayan Günəş tutulması saat 15:48-də başa çatacaq. Təbiət hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Günəş tutulması maksimumuna saat 13:44-də çatacaq. Azərbaycandan isə Günəş tutulması 1 saat 30 dəqiqə ərzində müşahidə ediləcək. Beləki, ölkəmizdən Günəş tutulmasının müşahidə olunması saat 13:46-da başlayacaq, saat 14:30-da maksimumda olacaq, saat 15:18-də başa çatacaq.
Günəş tutulmasını Şimali Afrika, Şimali Asiya və Avropa ölkələrindən qismən müşahidə etmək mümkün olacaq. Tam tutulma isə İslandiyada, Atlantik okeanının şimal hissəsində və Şimal Buzlu Okeanı hövzəsindən müşahidə ediləcək. Qeyd edək ki, bu il iki Günəş və iki Ay tutulması baş verəcək. İlk Ay tutulması aprelin 4-də, növbəti Ay tutulması sentyabrın 28-də, ilk tam Günəş tutulması martın 20-si, növbəti Günəş tutulması isə sentyabrın 13-də qeydə alınacaq.
Gülnar
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO