Rusiya Krıma nüvə silahı yerləşdirə bilər
Bizi izləyin

Dünya

Rusiya Krıma nüvə silahı yerləşdirə bilər

"Ruslara Krımda nüvə silahı yerləşdirmək üçün heç nə mane olmur".

Publika.az xəbər verir ki, bu barədə Amerikalı politoloq Zbigniev Brzezinski Brüsseldə Marşal İnstitutundakı çıxışında deyib. Onun fikrincə, bunun qarşısını almaqdan ötrü qanuni qadağa da yoxdur.

"Buna görə də, düşünürəm ki, onlar yəqin bunu edəcəklər" - politoloq əlavə edib.

Brzezinski deyib ki, onu daha çox son həftələrdə Putin və rejiminin şüurlu şəkildə Qərbə birbaşa və ya dolayı yolla nüvə təhlükəsi nümayiş etdirməsi narahat edir.

Politoloq deyir ki, son onilliklərdə belə şey baş verməmişdi və bu, çox təhlükəlidir.

Brzezinski əlavə edib, Minsk razılaşmasına hörmətlə yanaşılsa, bu, situasiyanın nizama salınmasında başlanğıc nöqtəsi ola bilər. «Ancaq bu halda da bütün problemlər, eləcə də Krım problemi birdəfəlik həll edilməyəcək» - Z.Brzezinski bildirib. ​

Oxumağa davam et
Reklam
Reklam

Gündəm