Hitlerin gizli sığınacaqları tapıldı
Bizi izləyin

Dünya

Hitlerin gizli sığınacaqları tapıldı

Argentinalı arxeoloqlar ölkənin cəngəlliklərində uzun illər yağış və güclü küləklərin təsirindən dağıntılara məruz qalmış üç gizli yer aşkar ediblər.

Alimlər bu yerlərin İkinci Dünya müharibəsi zamanı almanlar tərəfindən inşa olunduğunu zənn edirlər. Onların bu qənaətə gəlmələrinə burada almanların 1938-ci ildən 1944-cü ilə qədər istifadə etdikləri pulların, çılçıraqların və çoxlu sayda alman dilində yazıların tapılması səbəb olub.

Arxeoloji qrupun rəhbəri bildirib ki, müharibədə məğlubiyyətin qaçılmaz olduğunu başa düşmüş yüksək çinli almanlar gizlənmək üçün insan ayağı dəyməyən cəngəlliklərdə, dağlıq və təpəlik yerlərdə bu cür gizli yerlər tikiblər. Gizli yer Paraqvay sərhəddi yaxınlığında inşa olunub. Bununla, faşist cəlladları hər hansı hadisə baş verdiyi təqdirdə qonşu ölkəyə asanlıqla keçməyi nəzərdə tutublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm