Ermənipərəst senator rüşvət ittihamına görə Senatdakı postunu tərk edib
Bizi izləyin

Dünya

Ermənipərəst senator rüşvət ittihamına görə Senatdakı postunu tərk edib

Rüşvət ittihamı ilə günahlandırılan senator Robert Menendes senatın beynəlxalq əlaqələr komitəsində tutduğu postu tərk edib.

Publika.az “Röyters”ə istinadən bildirir ki, onu həmkarları Barbara Bokser yaxud Bencamin Kardin əvəz edəcək.

Qeyd edək ki, ABŞ-ın Nyu-Cersi ştatından seçilmiş senator rüşvətxorluqda ittiham edilir.

Məlumata əsasən, ABŞ Ədliyyə nazirliyində iddia edirlər ki, Menendes öz xidməti vəzifəsindən istifadə edərək tibbi sığorta ilə məsələlərdə tanışı həkim-oftalmoloq Salomon Melqenə köməklik edib, əvəzində isə ondan bahalı hədiyyələr alıb.

Erməniyönlü senator kimi tanınan R.Menendes dəfələrlə Azərbaycanın ünvanına əsassız tənqidlərlə çıxış edib.

X. Səfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm