Dünya
İlkər Başbuğ: "Türkiyədə təhlükəsizlik sahəsində problem var"
Türkiyənin sabiq baş qərargah rəisi İlkər Başbuğ
Türkiyədə kəşfiyyat və təhlükəsizlik sahəsində problemlərin
olduğunu deyib.
Başbuğ Edirnə vilayətində yeni yazdığı “İttihamlara qarşı
həqiqətlər” adlı kitabını təqdim edib. Təqdimat mərasimində çıxışı
zamanı sabiq ordu generalı hazırda ölkəsində yaşanan hadisələrə
münasibət bildirib.
“Türkiyə seçkilər ərəfəsindədir. Seçkilər demokratik ölkədə
bayram kimi qeyd olunmalıdır. Sanki kimsə bu ərəfədə ölkədə xaos
yaratmağa çalışır. Bu hadisələr bizi məyus edir. Keçən həftə
ərzində ölkədə yaşanan hadisələrlə əlaqədar mən də böyük narahatlıq
içindəyəm”.
Başbuğ iyunun 7-də ölkədə keçiriləcək ümumi seçkilərdə
vətəndaşları vicdanlı seçim etməyə çağırıb.
Xatırladaq ki, Başbuğ 2012-ci ildə terror təşkilatı yaratmaqda və dövlət çevrilişinə cəhddə ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilmişdi. 2 il 2 ay həbsdə qaldıqdan sonra ona qarşı səsləndirilən ittihamlar ləğv olundu və Başbuğ azad edildi. (anspress)
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda