Dünya
Kiyevdən “dondurulmuş münaqişə” etirafı: “Şansları çox kiçikdir”
“Mən açıq danışacağam. Biz Ukraynanın şərqindəki münaqişəni tez həll edə bilməyəcəyik. Düşünürəm ki, münaqişəni qısa vaxt ərzində həll etmək şansları kiçikdir, hətta çox kiçikdir”.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Arseniy Yasenyuk Almaniyanın “Sueddeutsche Zeitung” nəşrinə müsahibəsində bildirib.
Yasenyukun fikrincə, Rusiya razılaşmanın şərtlərinə riayət etmədiyi üçün “Normandiya dördlüyü”nün keçirdiyi “Minsk-2” sammmitində əldə olunan razılıqlar münaqişəni nizama sala bilməyib.
“Minsk-2” havadan asılmış vəziyyətdədir. Razılaşma mövcuddur, amma bundan başqa heç nə yoxdur. Faktlara əsaslanmaq lazımdır, Rusiya təbliğatına deyil. Minsk razılaşmalarının birinci hədəfi atəşin tam dayandırılmasıdır. O bizdə varmı? Xeyr. İkinci, ağır silahlar təmas xəttindən aparılmalıdır. Həmçinin bu müddəa da yerinə yetirilməyib. Üçüncüsü, ATƏT hər iki tərəfi müşahidə etməlidir. Amma bu da alınmır. Dördüncüsü, Rusiya öz qoşunlarını aparmalıdır. O, bunu etdimi? Xeyr. Beşincisi, Donbas hövzəsində azad seçkilər keçirilməlidir. Amma mən rusun “Kalaşnikov”la dayandığı seçki məntəqəsində azad seçkiləri təsəvvür edə bilmirəm. Mən yenidən təkrarlaya bilərəm: biz “Minsk-2” razılıqlarının hər hərfini həyata keçirməyə hazırıq, amma heç kəsə razılıqların pozulmasına görə bizi ittiham etməyə imkan verməyəcəyik”, - Ukraynanın baş naziri vurğulayıb.
Ömər Dağlı
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq