Dünya
Ermənistanın məşhur müğənnisi ölkəsinin iç üzünü açdı - FOTO
Ermənistanın məşhur ifaçısı və 2010-cu ildə öz ölkəsini “Eurovision” mahnı müsabiqəsində təmsil edən Yeva Rivas Kim Kardaşyanın Ermənistana gəlişini kəskin tənqid edib. Yeva Rivas “Facebook” səhifəsində Ermənistanın ikiüzlü olmasını tənqid edərək bir daha öz ölkəsi üçün işləməmək qərarını verib.
Publika.az bəzi ixtisarlarla həmin yazını təqdim edir:
“Ermənistanda baş verənlərlə bağlı bir-iki söz demək istərdim. Bizə Kim Kardaşyan gəlib. Hamı onun ev pornosunu görmək üçün daha nələr etməyib? Bu biabırçılıq ölümə bərabərdir. “GQ” və ya sonuncu dəfə “New York” jurnalında çılpaq çəkilməsi biabırçılıqdır
Erməni çirkinliyi, alçaqlıq və erməni qızları üçün təhqir! O, gənc, zəngin, gözəl, seksual, nüfuzlu, maraqlı və dünyada məşhurdur! Lakin siz onu çirkaba batırmısız. Çünki o, necə varsa elədir! O, dünən Ermənistana gəlib və az qala bütün Ermənistan onun qarşısında diz çöksün! İnsanlar onun arxasınca tarakan kimi qaçır, hava limanına sanki İsa Məsih-2 gəlibmiş kimi qaçır. Artıq ikinci gündür ki, KİV küçük kimi onun arxasınca qaçıb və hər addımını izləyir! Bütün bunlar “İnstagram”, “Facebook”, real və qeyri-real sosial şəbəkələrdə yerləşdirilir... Xalqımın bu qədər süni, saxta, yalançı olması mənə iyrənc gəlir. Gah sevirsiz, gah sevmirsiz! Gah nifrət edirsiz, gah nifrət etmirsiniz! Həqiqi olun, kütləyə uyub saxta olmayın!!! Fu! Hərəkətlərimin kimə işarələndiyini, yəqin, başa düşdünüz!!! Bu ölkə üçün artıq heç nə etmək istəmirəm. Bilirəm ki, aşağı enən kimi məni ucuz ət kimi quduz itlər parçalayacaq. Mən öz fikrimi dəyişməyə alışmamışam, ona görə də bizim yollar fərqlidir, dostlar. Ev pornosu çəkən kimi sizə deyəcəm, deyəcəm ki, danışmağa mövzunuz olsun!”
Bu yazıdan sonra ifaçıya qarşı Ermənistanda tənqidlərin sayı artıb.
Nura
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ