Ermənilər təşviş içində – Putin Ankaranı seçdi?
Bizi izləyin

Dünya

Ermənilər təşviş içində – Putin Ankaranı seçdi?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Puskovun prezident Vladimir Putinin İrəvana səfəri ilə bağlı açıqlaması erməniləri qorxuya salıb.

Publika.az xəbər verir ki, Ermənistanın “Shame" nəşri Rusiya prezidentinin aprelin 24-də İrəvana deyil, məhz Türkiyəyə gedəcəyi ehtimalının yarandığını yazıb.

Bir müddət əvvəl rəsmi İrəvan bəyan etdi ki, Rusiya prezidenti Vladimir Putin böyük nümayəndə heyəti ilə 1915-ci il hadisələrinin 100-cü ildönümünə həsr olunan tədbirlərdə iştirak etmək üçün Ermənistana gələcək. Amma indi belə bir təəssürat formalaşır ki, İrəvan bu məsələdə tələskən davranıb.

“Ötən həftə Dmitri Puskovun verdiyi bəyanat vəziyyəti dəyişdirir. O bildirdi ki, Putinin Ermənistana səfəri məsələsi hazırda müzakirə edilir və bu haqda müvafiq bəyanat veriləcək. Yəni bildirildi ki, səfərlə bağlı qəti qərarın qəbul edildiyi barədə informasiya həqiqətə uyğun deyil. Bundan sonra Dmitri Puskov sensasiyalı bəyanat verdi ki, aprelin 24-də Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı tədbirlərdə Rusiya yüksək səviyyədə təmsil ediləcək. “Yüksək səviyyədə” nəyi bildirir? Məhz prezident səviyyəsində?” - erməni nəşri yazıb.

“Shame" nəşri hesab edir ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın açıqlaması da şübhələri artırır: “Nazir dedi ki, ən yaxın günlərdə Putinin Ermənistana səfəri nəzərdə tutulub. Bir halda ki, 24 aprelə qədər on gündən çox var, deməli, “ən yaxın günlər” bu intervalı göstərmir. Tamamilə ehtimal ediləndir ki, Putin Ermənistana 24 aprel tarixindən əvvəl gələcək və soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış memorial kompleksin önünə çələng qoyacaq, amma 24 apreldə türklərin yanında olacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm