Ata qızına təslim oldu
Bizi izləyin

Dünya

Ata qızına təslim oldu

Fransanın ifrat sağçı Milli Cəbhə Partiyasının qurucusu, partiyanın fəxri sədri Jean-Marie Le Pen yerli seçkilərdəki namizədlik qərarından imtina edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Jean-Marie Le Pen qərarını şəxsi internet saytından açıqlayıb.

Jean-Mari Le Pen dekabrda Provence-Alpes-Cote d'Azur bölgəsində keçiriləcək yerli seçkilərdə namizədliyini irəli sürmək niyyətində idi. Lakin onun qızı - partiyanın sədri Marine Le Pen bəyan edib ki, partiyanın rəhbəri olaraq onun namizədliyinə qadağa qoyur.

Qeyd edək ki, Le Pen ailəsində ata və qız arasında konflikt aprelin əvvəlində Jean-Marie Le Penin müsahibəsindən sonra qızışıb. Ata Le Pen nasist işğalı zamanı kollaborasionist hökumətinə başçılıq edən marşal Petainin heç də təsvir edildiyi kimi pis olmadığını deyib.

2017-ci il prezident seçkilərində namizədliyi irəli sürüləcəyi ehtimal olunan Marine Le Pen Milli Cəbhəni açıq-aydın irqçi partiya imicindən azad etməyə çalışır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm