Dünya
Putin Rusiya ombudsmanını Kiyevə vasitəçi göndərdi
Rusiya prezidenti Vladimir Putin ombudsman Vladimir Lukini vasitəçilik missiyası ilə Kiyevə göndərib. Bunu prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
“Ukrayna tərəfinin təşəbbüsü ilə bu gün Putinlə Yanukoviç arasında telefon danışığı olub. Danışıqlar zamanı Yanukoviç Rusiya dövlət başçısına Ukrayna müxalifəti ilə danışıqlar prosesində vasitəçi qismində iştirak eləmək üçün Kiyevə Rusiyanın nümayəndəsini göndərməyi təklif edib” – deyib Putinin sözçüsü.
Onun sözlərinə görə, Kreml başçısı da bu missiyanı Lukinə həvalə edib. “Məlum olduğu kimi, Vladimir Petroviç Lukin diplomatik xidmət sahəsində zəngin təcrübəyə, hüquq müdafiəçiləri arasında böyük nüfuza malikdir və böyük bir müxalifət partiyasının rəhbəri olub” – əlavə edib Peskov.
musavat.com
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama