Korrupsiya bataqlığı: Hər il 323 milyard avronu kimlər yeyir? – ŞOK FAKTLAR
Bizi izləyin

Dünya

Korrupsiya bataqlığı: Hər il 323 milyard avronu kimlər yeyir? – ŞOK FAKTLAR

“Avropa strukturlarında korrupsiya ağlasığmaz miqyas alıb. Əgər əvvəllər Avropa fondlarından illik oğurluq yüz milyonlarla avro təşkil edirdisə, indi bu, milyardlarla ölçülür”.

Publika.az xəbər verir ki, Avropa İttifaqının antikorrupsiya agentliyinin (OLAF) apardığı təhqiqatın nəticələrində belə deyilir.

Tədqiqatda deyilir ki, Avropa Birliyi ölkələri hər il korrupsiyaya görə 323 milyard avro itirir. Bu, təşkilatın 2014-2020-ci illəri əhatə edən 7 illik büdcəsinin üçdə birini təşkil edir.

OLAF və Avropa Komissiyasının baş ədliyyə direktorunun birgə hazırladıqları hesabatda şok faktlar üzə çıxıb.

Hesabata görə, AB ölkələrinin polis və prokurorluq orqanları tərəfindən 2013-cü ildə xidməti vəzifədən sui-istifadə və rüşvət maddələri ilə 67 800 cinayət işi açılıb. Bu, Avropa Birliyinin tarixində ən rekord göstəricidir. Baş ədliyyə direktoru Fransua Le Bay Avropa Parlamentində çıxışında belə deyib: “Söhbətin milyonlardan deyil, milyardlardan getdiyini söyləməyə hər cür əsas var. Bu, həm də yalnız aysberqin görünən tərəfidir. Daha böyük rəqəmlər əldə edəcəyik. Bu, hələ başlanğıcdır”.

Avropa Komissiyası da rəsmi olaraq etiraf edib ki, Avropa strukturlarındakı korrupsiya halları lazımsız layihələrə silinən maliyyə vəsaitlərindən formalaşır.

OLAF rəhbəri Covanni Kessler isə bildirib ki, Avropanın ayrı-ayrı ölkələrində eyni vaxtda baş verən korrupsiya, dələduzluq və digər cinayətlər bir çox hallarda hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qalır: “Çünki bu cinayətlərə milli dövlətlərin səlahiyyətləri çərçivəsində baxılır. Ona görə də korrupsiya ilə ümumavropa səviyyəsində mübarizə aparmaq, belə cinayətlərin araşdırılması üçün xüsusi büro yaratmaq lazımdır”.

Avropalı ekspertlərin qənaətinə görə, korrupsiya artıq bütün Avropa ölkələrinin xarakterik xüsusiyyətinə çevrilir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm