Dünya
İranda daha 8 nəfər edam edildi
Məhbuslar qətl və silahlı
soyğunçuluqda günahlandırılaraq dara
çəkiliblər.
Belə ki, İranın Əlborz vilayətində 6 nəfər edam edilib.
Qətldə ittiham edilərək dara çəkilmiş məhbusların ad və soyadları
da açıqlanıb. Bunlar Əli Tahirnejad, Möhsün Rəhməti, Şəhriyar
Müzəffəri, Meysəm Çənbəri, Məhəmməd Moqəddadi və Məhəmməd
Babaəlidir. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən
sonra fevralın 19-də səhər saatlarında Kərəc şəhərinin Rəcayişəhr
həbsxanasında icra edilib.
Bundan əlavə, İranın Fars vilayətində bir nəfər edam edilib. Məhbus
qətldə və silahlı soyğunda iştirak etməkdə günahlandırılaraq
əhalinin gözü qarşısında dara çəkilib. Onun ad və soyadı
açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən
sonra fevralın 19-də səhər saatlarında Şiraz şəhərinin Kuzehgari
meydanında icra edilib. Fevralın 18-də də həmin şəhərdə iki nəfər
əhalinin gözü qarşısında dara çəkilib.
Eyni zamanda İranın Qərbi Azərbaycan vilayətində bir nəfər edam
edilib. Qətldə ittiham edilərək dara çəkilmiş məhbusun ad və soyadı
açıqlanmayıb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən
sonra fevralın 19-də səhər saatlarında Xoy şəhərində icra
edilib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu