Dünya
Ukraynanın Rusiyanın puluna ehtiyacı olmayacaq
ABŞ maliyyə naziri Cek Lo “Batkivşina” fraksiyasının başçısı Arseniy Yasenyukla telefonla söhbətində Ukraynanın Beynəlxalq Valyuta Fonduna (BVF) mümkün müraciətini müzakirə edib.
Publika.Az –ın “İnterfaks-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ maliyyə naziri Ukraynanı BFY-yə müraciət etməyə çağırıb.
Ukrayna KİV-nin məlumatına görə, Avropa İttifaqı (Aİ) və ABŞ Ukraynaya maliyyə yardımının göstərilməsini nəzərdə tutan qısamüddətli paket üzərində işləyir. Bu paketdə iqtisadi və siyasi islahatların keçirilməsinin şərt olmayacağını bildirilir. ABŞ Dövlət Departamentinin sözcüsü Jen Psaki da bildirib ki, hökumətin formalaşmasından sonra Ukraynaya iqtisadi yardımın göstərilməsi ilə bağlı qərar qəbul oluna bilər.
BVF-nin direktor müavini Kriştina Laqard ölkə rəhbərliyinin müraciət edəcəyi halda, Ukraynaya yardım göstərməyə hazır olduğunu söyləyib.Aİ da defoltdan qaçmaq üçün Ukraynanın yeni hökumətinə 20 milyard avro ayırmağa hazır olduğunu bildirib. Bunu Avroparlamentin xarici işlər komitəsini sədri Elmar Brok Ukraynanın “1+1” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, vəsait islahatların həyata keçirilməsinə yönəldilməlidir. Aİ rəsmisi təşkilatın yeni hökumətini dəstəklədiyini söyləyib və insanları defoltdan qorxmamağa çağırıb. “Bu,Ukraynanın assosiativ üzvlük sənədini imzalaması üçün daha məqbul iqtisadi şərtlərin yaradılmasını təmin edəcək”, - deyə Aİ rəsmisi söyləyib.
Ömər Dağlı
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO