Dünya
Türkiyə, İran, İraq və Suriya kürdlərinin konfederasiya planı - Ankaraya təhlükəli xəbərdarlıq
Türkiyə Barış və Demokrat Partiyasının (BDP) elan etdiyi “Demokratik muxtariyyət" bələdiyyə seçkilərindən sonra həyata keçiriləcək.
Publika.Az –ın “Miliyet” qəzetinə istinadən verdiyi məlumata görə, BDP-nin bələdiyyələr üzrə səlahiyyətli nümayəndəsi, Muş millət vəkili Demir Çelik bələdiyyə seçkilərindən sonra dövləti gözləmədən şərq və cənubi-şərqdə “Qardaş bələdiyyəçilik” metodu ilə Türkiyə, İran, İraq və Suriya kürdlərini bir araya gətirəcəklərini bildirib.
Milət vəkili bununla da faktiki olaraq sərhədləri aradan qaldıracaqlarını dilə gətirib. D.Çelik dörd ölkədəki kürdləri konfederasiya çərçivəsində bir araya gətirməyi qarşısına məqsəd qoyan muxtariyyət layihəsi ilə bağlı “Milliyet”ə danışıb:
“Son 5 ildə Kürdüstanın dağını, düzənliyini, çayını, şəhərini, qəsəbəsini kürdcə adlandırılması ilə bağlı fəaliyyətə başladıq. Şəhərlərin giriş və çıxışlarında türk dili ilə yanaşı, kürd dilində də “Xoş gəldiniz” yazdıq. Rəsmi müraciətlərimiz nəticə verməsə də, kürd adlarını de-fakto tətbiq etdik. 30 Mart 2014-cü il tarixi də bizim üçün çox əhəmiyyətlidir. Çünki biz 14 İyul 2011-ci ildə demokratik muxtariyyət elan etmişik. Layihəni icra edərkən yalnız Türkiyə Kürdüstanı ilə kifayətlənmək istəmirik, Suriya Kürdüstanı, İraq Kürdüstanı və İran Kürdüstanı ilə də demokratik konfederal əlaqələr yaratmaq istəyirik”.
“Bu sərhədlər Birinci Dünya Müharibəsinin ortasında ingilis imperializminin Orta Şərq xalqlarına sırıdığı süni sərhədlərdir. İraq, İraq, Suriya və Türkiyə kürdlərinin taleyi ortaq olduğundan bu sərhədləri əsas götürmədən, iqtisadi, demokratik və digər dəyərlərimizi birləşdirməyə çalışırıq”, - BDP-li millət vəkili vurğulayıb.
Ömər Dağlı
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...