Yanukoviçin yeri məlum oldu - Putinlə gizli danışıq
Bizi izləyin

Dünya

Yanukoviçin yeri məlum oldu - Putinlə gizli danışıq

Yanukoviç Vladimir Putinlə Ukraynanın parçalanması üçün danışıqlar aparıb.

Yanukoviç Vladimir Putinlə Ukraynanın parçalanması üçün danışıqlar aparıb.

Bu informasiyanı Ukrayna mətbuatı etibarlı mənbələrinə istinadən yayıb. Mənbə 21 fevral tarixində Yanukoviçin həqiqətən Xarkova qaçdığını və burada böyük bir toplantı keçirdiyini bildirib. Görüşdə ölkənin şərq vilayətinin rəhbərləri və onu maliyyələşdirən oliqarx Renat Axmetov iştirak edib. Daha sonra toplantıda Vladimir Putinlə telefon bağlantısı yaradılıb. Yanukoviç ölkənin şərq vilayətlərinin ayrıca respublika elan edilməsini təklif etsə də, bu görüş iştirakçıları tərəfindən xoş qarşılanmayıb. Şərq vilayətlərinin bəzi rəhbərləri və Renat Axmetov bu tip müstəqillikdən imtina edib. Daha sonra tək qalan V.Yanukoviç V.Putinin dəvətiylə Moskvaya yollanmaq istəsə də, ona Donetskdə mane olublar. Bu zaman Yanukoviçin korteji Donetskdən cənuba naməlum istiqamətə yollanıb. Yanukoviçin Krıma getmə ehtimalının da az olmadığı bildirilir. Eks-prezidentin bura gəldikdən sonra birbaşa Rusiyaya getdiyi və hazırda Moskvada olduğu deyilir. Onun məhz burada özünün ölkədən qovulmuş prezident kimi qələmə verəcəyi qeyd edilir. Mənbə Yanukoviçin bu addımının V.Putinin bundan sonra oyuna girib-girməyəcəyi ilə əlaqəli olduğunu deyib. O, Putinin oyuna girəcəyi təqdirdə Ukraynada üç konflikt zonası yaradacağını bildirib.“Moskva birbaşa üç istiqamətdə konflikt zonaları təşkil edəcək. Bunlar Krım, Donbas və Dnesteryanı ilə sərhəd bölgələr olacaq. Bununla da ya Rusiya istədiyini yeridəcək, ya da ki Ukrayna bölünəcək”.

Qeyd edək ki, hələ də Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin harada gizlənməsi haqqında dəqiq məlumat yoxdur./axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm