Dünya
Seçki marafonu başladı
Bu gündən Ukraynada növbədənkənar prezident seçkisi – kampaniyanın ilk mərhələsi başlayır. Təqvimə görə, fevralın 25-dən martın 30-dək namizədlər irəli sürülməlidir. Sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim olunmasının son müddəti aprelin 4-dür.
Namizədin qeydiyyatdan keçməsi üçün 2,5 milyon qrivna (təqribən 220 min manat) seçki girovu qoyulmalıdır.
“Media forum” saytı xəbər verir ki, Ukrayna qanunları dairə və
məntəqə seçki komissiyalarının hər namizəddən 2 nəfər prinsipi ilə
formalaşdırılmasını nəzərdə tutur. 15 nəfərdən ibarət Mərkəzi Seçki
Komissiyası isə 2007-ci ildə siyasi partiyaların parlamentdə
təmsilçilik kvotası əsasında yaradılıb. Devrilmiş prezident Viktor
Yanukoviçin Regionlar Partiyası MSK-da 10 nəfərlə təmsil olunur və
qurumun tərkibinin dəyişdiriləcəyi istisna deyil.
Ukraynanın nüfuzlu “Korrespondent.net” saytının fevralın 25-də
yaydığı xəbərdə prezident seçkisində iştirak edəcək potensial
namizədlər sırasında UDAR partiyasının lideri Vitali Kliçkonun,
xalq hərəkatının öncül şəxslərindən olan biznesmen Pyotr
Poroşenkonun, “Batkivşina” parlament fraksiyasının rəhbəri Arseni
Yatsenyukun, Azadlıq Partiyasının sədri Oleq Tyaqnibokun adları
çəkilir.
Prezident seçkisi mayın 25-də keçiriləcək.
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı