Dünya
Xocalı soyqırımı ABŞ-da anılıb
ABŞ-ın Massaçusets ştatında yerləşən nüfuzlu Tafts Universitetinin
Fletçer Hüquq və Diplomatiya Məktəbində keçiriən tədbirdə Xocalı
soyqırımının qurbanları yad edilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Publika.Az -a verilən məlumata görə, tədbirdə universitetin beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssisləri beynəlxalq cinayətdə ədalət mühakiməsi və soyqırımı, müharibə və insanlığa qarşı cinayətlərin beynəlxalq cinayət təqibi haqqında geniş məruzə ilə çıxış edib.
Tədbirdə sülh və təhlükəsizliyin bərqərar olmasında beynəlxalq cinayətin ədalət mühakiməsi (ədliyyəsinin), o cümlədən, soyqırım, müharibə və insanlığa qarşı cinayətləri törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməsinin zəruriliyi haqqında fikir mübadiləsi aparılıbdır.
İştirakçılar Xocalıda törədilmiş cinayətlə Cenevrə Konvensiyasının təməl müddəalarının pozulduğunu bildirib və bu kimi insanlıq faciələrinin qarşısının alınması üçün tezliklə Ermənistan-Azərbaycan münaqişəsinin həllinin labüd olduğunu vurğulayıbar.
Qeyd edək ki, tanınmış ictimai-siyasi xadimlərin məzunu olduğu
Fletçer Hüquq və Diplomatiya Məktəbi beynəlxalq münasibətlər üzrə
ABŞ-ın ən qədim təhsil ocaqlarından biridir və bu sahə üzrə
mütəxəssislərin yetişririlməsində olduqca məşhurdur.
Asif
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü